USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskva birjası ABŞ-a məxsus səhmlərlə ticarətə icazə verib

21.05.2018 İqtisadiyyat
0 0
Moskva birjası ABŞ-a məxsus "Apple", "Facebook", "Amazon", "Tesla", "Google", "Nike", "Microsoft", NVİDİA, "Twitter" və "McDonald`s" kimi nəhəng korporasiyaların səhmləri ilə ticarətə icazə verib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə birjanın kapital bazarı üzrə icraçı direktoru İqor Mariç məlumat verib.

Onun sözlərinə görə, artıq 10 ən likvid Amerika qiymətli kağızları ilə ticrət əlçatandır. Bu ilin III rübündə də Moskva birjasında ticarətə buraxılan xarici emitentlərin sayı artacaq.

Xatırladaq ki, ötən ay birjanın rəhbəri Aleksandr Afanasyev bəyan edib ki, onların ticarət platforması III rübdə xarici şirkətlərin qiymətli kağızları ilə ticarətə hazır vəziyyətə gətiriləcək: "Biz bazarın rus iştirakçılarına, investorlara onlar üçün adi olan mexanizmlərlə qlobal bazar məhsulları ilə ticarət imkanını təmin etmək istəyirik".

Qeyd edək ki, Moskva birjası xarici qiymətli kağızlara çıxış imkanı verən yeganə Rusiya birjası deyil. Hələ 2014-cü ilin noyabrında Sankt-Peterburq birjasında xarici emitentlərin qiymətli kağızları ilə ticarətə başlanılıb.

  • Əvvəlki

    Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0