Qonşu ölkənin dəmiryolları kriptovalyuta ilə işləyəcək

22.05.2018 Maliyyə
Rusiya Dəmiryolları qanunun tanınması halında ödənişlər üçün kriptovalyutadan istifadə üsulunu araşdıracaq

"Kommersant.az" xəbər verir ki, bunu şirkətin direktoru Oleq Belozerov deyib.

“Əgər kriptovalyuta qanuni olarsa, biz bu istiqamətdə hərəkət edəcəyik. Əgər bu baş verməsə, yox”, - Belozerov deyib.

Hazırda kriptovalyutanın hüquqi vəziyyəti Rusiyada müəyyənləşdirilməyib. Mart ayında bazarı tənzimləmək üçün Dumaya iki qanun layihəsi təqdim edildi. “Rəqəmsal maliyyə aktivləri haqqında” qanun layihəsində bu vahidlərin tərifi verilir və onlar kriptovalyuta, yaxud jeton adlandırılır.