USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata: Azərbaycanda bank-kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparılır

04.04.2019 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparır.

Bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında Palatanın nümayəndəsi Aytən Məmmədova deyib.

A.Məmmədova bildirib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

"Bilirsiniz ki, palatanın əsas funksiyalarından biri də istehlakçıların hüquqlarının qorunmasıdır. Bu baxımdan yüksək faizli kreditlər müştərilərə əlavə yük yaradır. Biz də istəyirik ki, bir çox şərtləri nəzərə almaqla bu faizlər azalsın. Təbii ki, faizləri müəyyən etmək bankların öz səlahiyyətindədir. Əgər hər hansı dəyişiklik olmasını istəyiriksə, öncə banklar və bank olmayan kredit təşkilatları haqqında müvafiq qanunlar dəyişməlidir. "Ona görə də hazırda bu məsələ müzakirə mərhələsindədir", – A.Məmmədova əlavə edib.