Bu müəssisələrin 10 mln. manatadək vergi borcu silinəcək

05.04.2019 Maliyyə
Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək.

"Kommersant.az"ın verdiyi məlumata görə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, ümumilikdə, 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur. Məlumata görə, bu, Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.

Yeni fərmana görə, müəssisə özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcunun 30%-ni il müddətinə, 50%-ni 2 il müddətinə və 70%-ni isə 3 il müddətinə ödəyərsə, borcun yerdə qalan hissəsi silinəcək. Q.Xəlilov deyib ki, bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azalada bilər. Fərmana görə, bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.

Report

VTB