“Deutsche Bank” 10 min nəfəri işdən çıxarır

23.05.2018 Maliyyə
Almaniyanın “Deutsche Bank”ı xərcləri azaltmaq səbəbilə 10 min nəfəri işdən kənarlaşdıracaq

"Kommersant.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, bu rəqəm bankın qlobal işçi qüvvəsinin onda birini təşkil edir.

İşdən çıxarılma 2019-cu ilə qədər davam edəcək.

“Bloomberg” kreditorun bir çox qlobal səhm bazarından çıxmağı planlaşdırdığını yazıb. Nəşr əlavə edib ki, bank ABŞ-dakı varlığını kəskin şəkildə yenidən nəzərdən keçirəcək və Mərkəzi Avropa, Yaxın Şərq və Afrikadakı aktivlərini azaldacaq.

Bankın yaxın günlərdə keçiriləcək iclasında gələcək fəaliyyət strategiyasını açıqlayacağı gözlənilir.