USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-nin gəlirləri artıb

12.04.2019 Bank
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

"Kommersant.az" xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 milyon manat) artaraq 1 milyard 276,8 milyon manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 milyon manat) artaraq, 573,5 milyon manat təşkil edib.

Qeyri-büdcə sektoru üzrə daxilolmalar artıb. Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 milyon manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 42,6 milyon manat çoxdur.