USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

613 min manata avtomobil alan məşhur kimdir? - FOTO

12.04.2019 Bank
0 0
Avtomobillərə olan böyük marağı ilə tanınan Kriştiano Ronaldo kolleksiyasına daha bir bahalı maşın əlavə edib.

"Kommersant.az" xəbər verir ki, "Yuventus"un ulduzu "Rolls Royce"un yenicə satışa çıxardığı "Cullinan" model avtomobil alıb.

Olduqca az sayda satışa çıxarılan bu modelin qiyməti 276 min funt-sterlinqdi (təxminən 613 min manat). "Rolls Royce"un 4x4 modelindəki ilk və yeganə avtomobili alan futbolçu isə "Kristal Palas"ın üzvü Mamadu Saxodu. Fransalı stoper 29 yaşının tamam olduğu gün özünə bu avtomobili hədiyyə etmişdi.