ABŞ Mərkəzi Bankının (FES) son iclasına aid protokollar yayımlanıb
"Kommersant.az" xəbər verir ki, mayın 1-2-i keçirilən iclasın sənədlərinə əsasən FES rəsmiləri iyun ayında keçiriləcək iclasında faiz artımını dəstəkləyəcək.
Üzvlər faiz nisbətini 1,50-1,75 aralığında saxlamaq qərarı qəbul ediblər. Protokollarda Amerika iqtisadiyyatına və pul siyasətinə dair təkliflərə də yer verilib.
Ölkədə iqtisadi fəaliyyətlərin və iş qüvvəsi bazarının güclənməyə davam etdiyi vurğulanıb. Son infilyasiya məlumatlarının 2% hədəfinə çatacağı ilə bağlı inam ifadə edilib.