USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sberbank” ucqar ərazilərə pulu belə çatdıracaq

24.05.2018 İqtisadiyyat
0 0
Rusiyanın dövlət bankı olan “Sberbank” bu ilin sonuna kimi yeni dron texnologiyalarını sınaqdan keçirəcək

"Kommersant.az" xəbər verir ki, bankın direktor müavini Stanislav Kuznetsov bildirib ki, bankın robot laboratoriyası ucqar ərazilərdə çalışacaq pilotsuz uçuş aparatlarının (PUA) üzərində çalışır.

"Ən azı 5-6 növ dron araşdırılıb, yaradılıb, qurulub və model kimi istifadəyə verilib", - deyə, bankın nümayəndəsi bildirib.

Bank, dronlardan birini, helikopter formalı "SPİEF"i nümayiş etdirməyi planlaşdırır. Kiçik aparatın diametri 3 metrdən azdır, 70 kq yük daşımaq qabiliyyətinə malikdir. Gələcəkdə bu rəqəm 100 kq-a çatdırılacaq.

Kuznetsovun sözlərinə görə, dronlar Rusiyanın ucqar ərazilərinə sənəd, kiçik əşyalar, hətta pul köçürülməsi üçün istifadə ediləcək. Aparatlar dəyərli yükləri xüsusi rəngli bağlamalarda daşıyacaq. Pulları oğurlamağa cəhd edilərsə, bu bağlamalar onu yararsız hala salacaq.

Uçuş sınaqları bu il noyabr, yaxud dekabr ayında başlayacaq.

  • Əvvəlki

    Tramp “green card” lotoreyasını gülünc adlandırıb

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0