USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata birja indeksinin Azərbaycanda formalaşdırılması şərtlərini açıqladı

16.05.2019 Bank
0 0
Azərbaycanda birja indeksinin formalaşdırılması nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bu barədə Report Agentliyinə eksklüziv açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayevbildirib.

"İndeksləşmə üçün başlıca şərt listinqdə yetərli sayda səhmlərin olmasıdır. Bir qayda olaraq beynəlxalq birjalarda indeksləşmə 25, 30, 50, 100 və daha çox emitentlərin səhmləri üzrə qruplaşmanın nəticəsində baş verir. İndekslər həmçinin investisiya alətindən əlavə olaraq birjanın bençmark indikatoru kimi istinad olunur. Strateji Yol Xəritələrində müəyyən edilmiş hədəflərə uyğun olaraq, Bakı Fond Birjasında birja indeksinin formalaşdırılması nəzərdə tutulur", – deyə R. Ağayev vurğulayıb.

Onun sözlərinə görə, şirkətlərin listinqə maraq göstərməsi üçün ilkin olaraq onların kütləvi təklif və ya birja vasitəsilə maliyyələşməyə maraq göstərməsi vacibdir.

Burada rol oynayan əsas iki amil şirkətlərin bu yolla maliyyələşməyin mümkün olmasına dair məlumatlı olması və listinq tələblərinə cavab verməsidir, R.Ağayev bildirdi

"Hələ də ənənəvi maliyyələşmə metodu borc-kredit hesab edilir və məhz bu səbəbdən Maliyyə Bazarlarına Nəzarət Palatası kapital bazarları vasitəsilə maliyyələşməni təşviq edən tədbirlər təşkil edir. Digər tərəfdən cari ilin aprel ayında Bakı Fond Birjası Birjanın yeni listinq qaydaları qüvvəyə mindi. Listinq qaydalarını emitentlər üçün tələbləri sadələşdirilərək optimallaşdırdıq. Bununla da baş tutacaq listinqlərin daha səmərəli şəraitdə həyata keçirilməsinə zəmin yaratdıq", – Palatasının İdarə Heyətinin sədrinin müşaviri qeyd etdi.

R.Ağayev xatırlatdı ki, hazırda səhm və istiqrazların listinqi üzrə 3 bazar seqmenti fəaliyyət göstərir. Onun sözlərinə görə, səhm bazarında əsas və standart bazar seqmentlərində 5 səhmdar cəmiyyətin, alternativ semqentdə isə 900-dən artıq səhmdar cəmiyyətin səhmləri listinqdədir. İstiqraz bazarında əsas bazar semqentində dövlət istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları, SOCAR istiqrazları və Paşa Yatırım Bankasına məxsus istiqrazlar ticarət olunur.

"İstiqrazların standart bazar seqmentində 10 korporativ istiqraz, alternativ bazar seqmentində isə 5 korporativ istiqraz listinqdədir", – deyə R.Ağayev bildirdi.