ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yarandı

13.06.2019 Maliyyə
ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb.

"Kommersant.az" xəbər verir ki, bu, bu günə qədər bir May ayında görülən ən böyük büdcə kəsiridir.

May ayında büdcə xərcləri 2018-ci ilin eyni ayındakı 364 milyard dollardan 440 milyard dollara yüksələrkən, gəlirlər isə 217 milyard dollardan 232 milyard dollara qalxıb.

1 Oktyabr 2018-də başlayan maliyyə ilinin ilk 8 ayı üzrə büdcə kəsiri isə 739 milyard dollar olub. Keçən ilin eyni dövründə kəsir 532 milyard dollar idi.

Marja.az

  • Əvvəlki

    Azırbaycan şirkəti məhsullarını Belarus və Çinə də ixrac edəcək

Digər xəbərlər