USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro 1.11 dollara qədər ucuzlaşa bilər

17.06.2019 İqtisadiyyat
0 0
Dünta birjalarında bu həftə Amerika mərkəzi bankının açıqlamaları və G20 zirvə toplantısı fonunda gözləntilər investorların diqqət mərkəzində olacaq.

EUR

Beynəlxalq valyuta birjalarında avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə ABŞ iqtisadiyyatının daha yaxşı vəziyyətdə olması amili, dollara olan tələbin daha çox artmasına təsir edir. Beləliklə, 1.12$-a ticarət edilən EUR/USD məzənnəsi sözügədən səviyyəni aşağı istiqamətdə qırarsa, 1.11$-a kimi də ucuzlaşa bilər.

Çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq Amerika mərkəzi bankının faiz qərarı ilə yanaşı, ABŞ və Çin prezidentlərinin planlaşdırılan görüşləri fonunda açıqlamalar da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də təzyiq altındadır və 1.26$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, funt sterlinq 1.25$-a kimi də ucuzlaşa bilər.

Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd və Breksit prosesləri fonunda hadisələr də böyük maraqla izlənilməkdədir. Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır.

TRY

USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb və məzənnənin 5.97, 6.02TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, Türkiyədə bələdiyyə seçkilərinin təkrar keçirilməsi qərarının yaratdığı siyasi qeyri-müəyyənliklər fonunda lirə yenidən təzyiq altındadır.

OIL

Dünyada iqtisadi risklərin artması, ticarət münasibətlərin pozulması, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olur. Avropanın Brent neftinin bir barel üzrə qiyməti hal-hazırda 62$-a ticarət edilir. İyun ayının sonunda G20 ölkələrinin zirvə toplantısında planlaşdırılan ABŞ və Çin prezidentlərinin görüşü fonunda müsbət açıqlamalar isə Brentin də yenidən 66$-a kimi dəyər qazanmasına səbəb ola bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar birjalarında da qızılın qiymətində bahalaşma dinamikası zəifləyib. Bir unsiya üzrə qiymət hal-hazırda 1339$-a (43.1 $/qram) ticarət edilir və 1324$-a (42.6 $/qram) kimi də korreksiya edə bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

  • Əvvəlki

    SENSASİYA: SOCAR-ın 650 milyon maliyyə pozuntusu olub - Rəsmi açıqlama

Digər xəbərlər