USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliyanın dövlət borcu rekord həddə

18.06.2019 İqtisadiyyat
0 0
Bu ilin aprel ayında İtaliyanın dövlət borcunun məbləği növbəti tarixi maksimuma çataraq 2,373 trilyon avro təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı - "Bankitalia" məlumat yayıb.

Məklumata görə, bu, mart ayının yekunu ilə müqayisə 14,8 mlrd. avro çoxdur. Artım dövlət xərclərinin artması hesabına baş verib.

İtaliyanın istehlakçıların hüquqlarının müdafiəsi üzrə təşkilatı "Codacons" bəyan edib ki, hazırda ölkənin hər bir vətəndaşına 39 min avro, hər ailəyə isə 93 min avro borc düşür.

Report