Milyarder Bill və Melinda fonda $3,6 mlrd. bağışlayır

02.07.2019 Maliyyə
Buffet “Berkshire Hathaway” şirkətində sahib olduğu A və B tipli səhmlərini konvertasiya edərək, beş xeyriyyə təşkilatına bağışlayacaq: Bill və Melinda Gates, Susan Thompson Buffett (milyarderin həyat yoldaşının adına, 2004-cü ildə yaradılıb) və öz uşaqlarının üç fondu – Howard G. Buffett Foundation, Sherwood Foundation и NoVo Foundation.

"Kommersant.az" xəbər verir ki, bu haqda “Berkshire Hathaway” in rəsmi saytında dərc edilmiş pres-realizdə deyilir.

Qeyd edək ki, 2006-cı ildə Buffet sahib olduğu sərvətin 85%-ni xeyriyyəyə ayıracağını vəd edib (37 milyard dollar). Paketin böyük hissəsi Bill və Melinda Gates fonduna bağışlanılacaq. 88 yaşlı milyarder ölümündən sonra da xeyriyyənin davam etməsini istəyir: onun sahib olduğu səhmlər vəsiyyətnamənin qüvvəyə mindiyi andan etibarən 10 il ərzində xeyriyyə fondlarının hesabına köçməlidir.

Warren Buffet və Bill Gates – “The Giving Pledge” (“Bağışlama andı”) hərəkatının əsasını qoyublar. Qaydalara görə, iştirakçılar sərvətinin yarısından çox hissəsini xeyriyyəyə ayırmalıdırlar. Bu il hərəkata daha 19 filantrop qoşulub. Onlar sırasında Jeff Bezos-un keçmiş həyat yoldaşı Mackenzie Bezos, Mark Zuckerberg, İlon Musk və digərləri var.

Buffet sahib olduğu sərvətin həcminə görə dünyada 3-cü yerdədir. Forbes jurnalının qiymətləndirmələrinə görə. Milyarder 82, milyard dollara sahibdir. Bu reytinqdə Bill Gates ikinci (96,5 milyard dollar), Jeff Bezos isə birinci (131 milyard dollar) yer alır.

Banker.az

VTB