USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ-dan ərzaq idxalını artırmaq niyyətindədir

03.07.2019 İqtisadiyyat
0 0
Çin hökuməti ABŞ ilə ticarət ziddiyətlərinə dair danışıqların bərpası ilə əlaqədar xoşməramlı hərəkət olaraq bu ölkədən ərzaq idxalını artırmaq barədə daha bir təklif irəli sürüb.

"Kommersant.az" xəbər verir ki, Çin ABŞ-dan soya paxlası, qarğıdalı, donuz əti idxalını artırmağı nəzərdə tutur.

Hərçənd tərəflər arasında ticarət ixtilafının həllinə dair saziş imzalanmayınca, Çin tərəfi konkret öhdəlik götürmək fikrində deyil. ABŞ-dan idxal olunacaq əlavə məhsulların həcminin danışıqların nə qədər rəvan keçəcəyindən asılı olacağı qeyd edilir. Bu əlavə idxalın ötən ilin sonu bu ilin əvvəlində müzakirə olunmuş idxal həcmlərindən daha az olduğu da bildirilir.

Ötən ilin yanvar ayında Çin hökumətinin qarşıdakı 6 il ərzində ABŞ-dan idxal həcmini tədricən 1 trilyon dollardan çox artırmaq barədə təklif irəli sürdüyü üzə çıxmışdı. Bununla da 2024-cü ilədək ABŞ-ın Çinlə 323 milyard dollarlıq ticarət kəsiri 2024-cü ilədək sıfırlana biləcək.

ABŞ ilə Çin arasındakı ticarət qarşıdurmasının həllinə dair aparılan danışıqlar may ayında Vaşinqtonda keçirilən sonuncu - 11-ci mərhələsindən sonra dalana dirəndi. Mayın 10-da ABŞ hökuməti 200 milyard dollar həcmindəki Çin məhsullarına dair rüsumları 10 faizdən 25 faizə qaldırmış, iyun ayının əvvəlində isə Çin hökuməti 60 milyard dollar həcmində 5 mindən artıq adda ABŞ məhsullarına dair cavab tədbirləri görmüşdü.

İyunun 29-da Osakadakı G20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə Çin dövlət başçısı Si Cinpinq arasındakı görüş zamanı ticarət danışıqlarının davam etdirilməsi razılaşdırılıb. Bir müddət Çin məhsullarına qarşı yeni rüsumlar tətbiq etməyəcəklərini vəd edən prezident Tramp iki ölkə arasında ticarət sazişi imzalamaq üçün hər cür imkanlar olduğuna əminliyini ifadə edib.

Report

  • Əvvəlki

    İran öz neftini internet vasitəsi ilə satacaq? - AÇIQLAMA

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0