USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya valyuta ehtiyatlarını dollarsızlaşdırır - SƏBƏB

25.07.2019 İqtisadiyyat
0 0
Rusiya Mərkəzi Bankı geosiyasi risklərin təsirini azaltmaq üçün valyuta ehtiyatlarında dolların payını azaldıb. Avro, qızıl və yuanın əhəmiyyəti xeyli artıb.

Rusiya "dedollarlaşdırır". İndi bu neologizm mətbuatda çox populyardır. Və Moskva başqa ölkələrin də ondan nümunə götürməsini istəyir.

"Valyuta ehtiyatlarında dolların miqdarının azaldılması ötən il geosiyasi gərginliyin artması ilə izah edilir. Sanksiya ritorikasının güclənməsi Rusiyaya qarşı "İran ssenarisi" təkrarlana biləcəyindən xəbər verir", - "Nordea" bankın baş iqtisadçısı Tatyana Yevdokimova bildirir.

Ehtiyat valyutasının əsas xüsusiyyətlərindən biri onun likvidliyidir. Valyuta məhz bu xüsusiyyəti sayəsində xarici şoklara müqavimət göstərə bilir. Dedollarizasiya ən pessimist ssenarinin baş verəcəyi təqdirdə itkiləri məhdudlaşdırmalıdır. Bu, hücumdan daha çox müdafiə mövqeyidir.

Cenevrədə fəaliyyət göstərən "Lombard Odier" bankının investisiya strategiyası üzrə vitse-prezidenti Bill Papadakis (Bill Papadakis) və əsas srateqi Vasileyos Gkionakis (Vasileios Gkionakis) nəşrin sorğusuna yazılı şəkildə cavab veriblər: "Bu, həmçinin daha böyük diverfikasiyaya can atan valyuta ehtiyatlarının idarəçiləri üçün ümumi tendensiyanın bir hissəsidir".

Geosiyasi gərginliyi və Rusiya ilə Çinin yaxın münasibətlərini nəzərə alsaq, Birləşmiş Ştatların maraqlarına zərbə endirmək üçün nəzərdə tutulan müəyyən sövdələşmənin meydana çıxması ilə bağlı suallar yaranır. Çin də valyuta ehtiyatlarında dolların payını azaldır. "Lombard Odier" bununla bağlı narahatlığını dilə gətirir. "Ehtiyatları idarə edən qurumların dollara investisiya riskini azaltmaq üçün başqa mərkəzi banklarla əməkdaşlıq edəcəyi gözlənilmir", - deyə Gkionakis bildirib.

Moskvanın ambisiyaları bununla bitmir. Rublun məzənnəsi və neft qiymətləri arasında mövcud korrelyasiya halında rublun yüksək volatilliyi apriori mərkəzi bank rəhbərlərinin gözündə bu valyutanı nüfuzdan salır. Lakin bu vəziyyət Moskvanın israrla qlobal rubl bazarını yaratmağa çalışmasına mane olmur. Maliyyə nazirinin müavini Aleksey Moiseyev ötən ay "Reuters" agentliyinə bildirib ki, "rublun ehtiyat valyuta olması ilə bağlı şüarı heç kim ləğv etməyib". Məqalə müəllifi başqa bəyanatlarla müqayisədə bu pozanın daha deklarativ olduğunu qeyd edir.

Tatyana Yevdakimovanın fikrincə, "bu gün rublun ehtiyat valyuta ranqına qoşulmasının prioritet kimi nəzərdən keçirilmə ehtimalı son dərəcə azdır". (Fins.az)

  • Əvvəlki

    20 min nəfərin imzası artıq elektrondur

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0