USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dövlət qurumunun binası satılıb - 650 min manata

29.07.2019 Bank
0 0
Son zamanlar “Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.

"Kommersant.az" xəbər verir ki, sonuncu dəfə belə bir "əməliyyat" "Azərpoçt" MMC-nin paytaxtdakı 2 saylı filialının 138 saylı poçt şöbəsində həyata keçirilib:

""Azərpoçt"un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan-başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçildilərək balaca bir otağa çevrilib. Məsələn, "İnşaatçılar" metrosunun yaxınlığında yerləşən 138 saylı Poçt Şöbəsinin də sahəsi satılıb. Şöbəyə əvvəlcə ATS-in binasında, sonra isə yeni açılan "Şəbəkə" xidmət mərkəzində yer verməklə kifayətləniblər".

Qeyd edilir ki, həmin şöbənin yerləşdiyi əmlak "Azərpoçt"un rəhbərliyi tərəfindən satılıb: "100 kv.metrdən çox sahəsi olan poçt şöbəsi "Azərpoçt" rəhbərliyi tərəfindən 650 min manata satılıb. Ən maraqlısı odur ki, "Azərpoçt"un baş direktoru poçt şöbələrini satır, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürür…"

Mənbə qurumun rəhbəri Emin Əfəndiyevin hətta nazirlə də hesablaşmadığını iddia edir: "Maraqlı məqamlardan biri odur ki, baş direktor ya özü həddindən artıq sərbəst adamdır, ya da onun üçün bu cür sərbəstliyi yaradanlar var. Çünki o, hətta nazir Ramin Quluzadənin belə sözünə məhəl qoymur…"

Azpolitika.info