USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya əhalinin banklardakı vəsaitləri 450 milyard dolları keçib

30.07.2019 İqtisadiyyat
0 0
Bu il iyulun 1-nə Rusiya əhalinin banklardakı əmanətlərinin məbləği 28 982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin Əmanətlərin Sığortalanması Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fiziki şəxslərin banklardakı pulları ilin əvvəlindən bəri 4,1%, son 1 ildə isə 2,5% artıb.

Maraqlıdır ki, əmanətlərin artımı Rusiya banklarının illik faiz dərəcələrini azalması fonunda baş verib. Yanvar-iyun aylarında orta əmanət faizi 7,1%-dən 6,5%-ə düşüb. Buna səbəb aparıcı bankların əmanətləri ucuzlaşdırmasıdır. Belə ki, ilk 100-lüyə daxil olan 47 bank əmanət faizlərini azaldıb, 39 bank artırıb, 14 bank isə sabit saxlayıb. (Report.az)

  • Əvvəlki

    Bu sığorta şirkətinin rəhbərlərinə verilən maaş məlum oldu

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0