USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan Azərbaycandan dizel idxalını - DAYANDIRIR

31.07.2019 İqtisadiyyat
0 0
Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq.

Bu barədə Gürcüstan Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib.

1 yanvar 2020-ci ildən etibarən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağının istifadəsinə qadağa qoyulacaq. Həmin tarixdən etibarən ölkədə yalnız "Avro-5" standartlarına cavab verən dizelin istifadəsinə icazə veriləcək.

Bu səbəbdən Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq. İdxalda yeni alternativin Rusiya olduğu bildirilir.

İclasda qeyd olunub ki, hazırda Gürcüstan üçün dizel yanacağının əsas tədarükçüsü Azərbaycandır, lakin Azərbaycandan əlavə Rusiya, Rumıniya və Bolqarıstan da vacib tədarükçülərdir. Qeyd olunub ki, hələlik gələn il üçün əsas tədarükçünün kim olacağı müəyyənləşdirilməsə də, Rusiyanın seçilməsi məntiqli olacaq. Buna səbəb Rusiya məhsulunun daha asan və nisbətən ucuz şəkildə təmin etməsi göstərilib.

İclasda iştirak edən "SOCAR Georgia" şirkətinin baş direktoru Levan Giorqadze bildirib ki, Azərbaycan 2021-ci ildən etibarən "Avro-5" standartlarına cavab verən dizelin istehsalına başlayacaq.

İclasda həmçinin qeyd olunub ki, Azərbaycandan idxal olunan məhsullar Rusiya məhsullarına nisbətən orta hesabla 15 tetri ucuzdur. (Fed.az)

  • Əvvəlki

    İdxal avtomobillərinə yeni gömrük rüsumu tətbiq olunacaq

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0