USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dekabrda DGK büdcəyə ödənişlərini 2 dəfədən çox artırıb

13.01.2020 Bank
0 0
Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402,284 milyon manat məbləğində vergi və rüsum daxil olub.

"Kommersant.az" xəbər verir ki, DGK-dən verilən məlumata görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 221,301 milyon manat və yaxud 2,2 dəfə çoxdur.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin analoji ayı ilə müqayisədə 54,95 milyon manat və yaxud 2 dəfə artaraq 110,654 milyon manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların məbləği 151,987 milyon manat və yaxud 2,3 dəfə artaraq 268,996 milyon manat, aksizlər üzrə daxilolmaların məbləği 14,15 milyon manat və yaxud 4,95 dəfə artaraq 18,78 milyon manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 215 min manat və yaxud 5,9% artaraq 3,855 milyon manat təşkil edib.