Malaziyalılar ölkənin borcu üçün 9 milyon dollar topladılar
0
0
Malaziya xalqı, ölkınin xarici borcunu ödəməsi üçün yardım məqsədilə bir həftə içində 9 milyon dollar topladı.
"Kommersant" xarici mətbuata istinadən xəbər verir ki, Malaziya hökümətinin borclarının ödəməsi üçün yaradılan "Ümid Fondu"nun fəliyyətə başlaması ilə 1 həftədə toplanan pulun miqdarı 9 milyon dollara çatdı.
İqtisadiyyat Nazirliyindən verilən açıqlamada Ümit Fondu ilə ölkə borclarının ödənməsi üçün xalqdan 9 milyon dollar toplandığını bəyan etdi.
Malaziya xalqı 1 həftə əvvəl fəaliyyətə başlayan fond üçün ilk gün 1,76 milyon dollar yığdı.
Malaziyanın keçmiş dövlət başçısı Necip Rezakın hakimiyyəti dövründən qalma təqribən 252 milyard dollar borcu var.