USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana 5,8 milyon dollar texniki yardım ayıra bilər

17.02.2020 Bank
0 0
Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı cari aktiv portfeli üç kredit xəttindən (nəqliyyat sektorunda) və altı texniki yardım layihəsindən ibarətdir.

Bu barədə AİB-in Bakı ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, Azərbaycanın bir sıra dövlət qurumu bank tərəfindən maliyyələşdirilən regional texniki yardım layihələri çərçivəsində məsləhət xidmətlərindən yararlanırlar: "2020-2022-ci illərdə AİB-in Azərbaycana ayıracaq texniki yardımın ümumi həcmi 5,8 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir. Ötən il AİB beş texniki yardım layihəsinə Azərbaycan hökumətinə 3,2 mln. dollar ayırıb".

Qeyd edək ki, AİB-in Azərbaycanda texniki yardım üzrə cari aktiv portfelində olan layihələrə üzən günəş enerjisi istehsalı qurğusu, ünvanlı sosial yardımın sadələşdirilməsinə aid tövsiyələri, yığım prinsipinə əsaslanan pensiya təminatı sxemini tətbiqini, "gender-həssas büdcə planlaşması" və "startap"ların inkişafı üçün mühitin yaxşılaşdırması layihələri daxildir.

APA