USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar hazırkı dollar satışı şərtlərini açıqladı - SİYAHI

13.03.2020 Bank
0 0
Aşağıdakı cədvəldən məlumatlarla tanış ola bilərsiz.
Bankın adı Valyutanın satış şərtləri
AccessBank 500AZN-dən yuxarı mütləq blank doldurulmalıdır.
AFB Bank hal-hazırda dollar satışı var. 15000 AZN ekvivalentinə bərabər məbləğ üçün müraciət oluna bilər. 8800 Dollara qədər limit var.
AGBank Sahil filialda hal hazırda maksimal məbləğ 100 USD- dır.
Amrahbank dollar satışı keçirilir, kassanın imkanları daxilində müraciət edən müştərilər valyuta ilə təmin edilir.
Azər Türk Bank 500 USD-a kimi şəxsiyyət vəsiqəsi ilə, 20 000 AZN-ə kimi (ekvalenti) ərizə doldurub, əldə edə bilərsiniz. 20 000 AZN ekvivalentindən çox əldə etmək istəsəniz, müvafiq sənədlər tələb olunacaq və 3 iş günü ərzində müraciətinizə baxılacaq.
Azərbaycan Beynəlxalq Bankı bir təqvim ayı ərzində bir müştəri (fiziki şəxs) üzrə nağd və nağdsız xarici valyutanın satışı üzrə limit 11 500 USD təşkil edir.
Azərbaycan Sənaye Bankı 500 dollara qədər şəxsiyyət vəsiqəsi ilə 500 dollardan 20.000 azn ekvivalentinədək şəxsiyyət vəsiqəsi + bankın tətbiq etdiyi blank 20.000 azn dən yuxarı isə əlavə məbləğin mənbəyini təsdiq edən sənəd tələb olunur .
Bank Avrasiya Dollar satılır, amma kassada olan məbləğdən asılıdır.
Bank BTB 20.000 AZN-dək . mümkündür. Məbləğ çox olarsa vəsaitin mənbəyini təsdiq edən sənəd tələb olunur
Bank of Baku 500 dollara qədər şəxsiyyət vəsiqəsilə, ondan yuxarı üçün isə əlavə blank doldurulmalıdır
Bank Respublika nağd/nağdsız valyuta satışı üzrə limit – 20 000 AZN ekvivalentində təyin olunub.
Bank VTB Azərbaycan bir şəxsə ayrılan gündəlik limit 20 000 azn ekvalenti qədərdir.
Expressbank 500 USD-dək şəxsiyyət vəsiqəsi əsasında, 20 000 AZN-ə kimi isə ərizə doldurub, əldə edə bilərsiniz.
Günaybank Limit 20.000 dollar təşkil edir.
Kapital Bank bir şəxs 20000 AZN ekvivalentində USD əldə edə bilər.
Muğanbank 500 USD əldə edə bilərsiniz.
NBC Bank 500 dollaradək ş.v., 20 000 AZN ekvivalentinə qədər şəxsiyyət vəsiqəsi ilə, daha yüksək məbləğ üçün gəlir mənbəyi göstərilməlidir.
Paşa Bank Bankın müştərisi olmayanlara günlük 500 dollaradək və ş.v ilə.
Premium Bank Bütün filiallarda 10 000 AZN-a qədər dollar satılır.
Rabitəbank dollar hal-hazırda satılır, amma kassada nə qədər olmasından asılıdır. Limit 500 dollardır şəxsiyyət vəsiqəsilə verilir, ondan yuxarı isə təyinat lazımdır.
Turanbank 500 dollaradək şəxsiyyət vəsiqəsi ilə, ondan yüksək məbləğ üçün gəlir mənbəyi göstərilməlidir.
Unibank 500 dollara qədər ş.v ilə, 11 500 dollara qədər isə xüsusi blank doldurulur.
Xalq Bank 20 000 AZN-dək şəxsiyyət vəsiqəsi ilə, daha yüksək məbləğ üçün gəlir mənbəyi göstərilməlidir. Valyuta mübadiləsi kassa qalığına əsasən aparılır.
Yapı Kredi Bank Azərbaycan Ş.v ilə 11 700 dollaradək verilir.
Yelo Bank 500 dollara qədər ş.v ilə, 11 500 dollara qədər isə xüsusi blank doldurulur.
Ziraat Bank Azərbaycan 11 500 dollara qədər isə xüsusi blank doldurulur.

Banker.az