USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həkimlərin maaşları artırılsın - TƏKLİF

17.03.2020 Bank
0 0
“Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər gücləndirilmiş rejimdə işləyir.

"Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da əməkhaqqına əlavələr edilməlidir. Digər tərəfdən isə, onlara mükafatlar da verilə bilər",- deyə M.Quliyev əlavə edib.