USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

30.03.2020 Bank
0 0
“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: "3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm".

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

APA