USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda tibbi maskaların qiyməti bilindi - AÇIQLAMA

12.06.2020 Bank
0 0
“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan maska istehsalı müəssisəsində bu günə qədər dörd milyondan artıq maska istehsal olunub”.

"Kommersant.az"ın məlumatına görə, bunu MMC-nin təsisçisi Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, istehsal olunan maskanın iki milyonu satışa çıxarılıb:

"İki milyonu isə ehtiyatda saxlanılır. Müəssisədə gündəlik 350 min maska sifarişi həyata keçirilə bilər. Hazırda bizə verilən sifarişlər gündəlik planlama əsasında aparılır. Əhali üçün maska satışı 30 qəpikdir.

Korporativ satış isə 40-60 qəpikdir. Müəssisədə dörd min nanomaskalar var. Burada, həmçinin, gündəlik və tibbi maskalar istehsal olunur. N95 maskaları isə istehsal prosesindədir".

MMC rəhbəri qeyd edib ki, ABŞ, Qətər, Braziliya və Almaniyadan sifarişlər var.