USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan kapital axını baş verib - AMB rəqəmlər açıqladı

16.06.2020 Bank
0 0
2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan 595.7 milyon məbləğində kapital çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda deyilir.

2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə – 2017-ci ilin 1-ci rübündə baş vermişdi. O zaman isə bu məbləğ xeyli kiçik olmuşdu (225 mln. dollar).

Cari ilin rübündə xarici investisiyaların repartrasiyası isə 999.9 mln. dollar təşkil edib, bu da öncəki illə 35% çox olması deməkdir.