USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təqaüdlə bağlı əhaliyə sevindirici xəbər

23.07.2020 Bank
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

"Kommersant.az" xəbər verir ki, ƏƏSMN-dən Qaynarinfo-ya verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.