USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İnflyasiya proqnozumuz dəyişməyib” - Elman Rüstəmov

30.07.2020 Bank
0 0
"Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.

"Kommersant.az" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun inflyasiya proqnozu dəyişməyib.

E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatları barədə də danışıb və bu rəqəmin 51 milyard ABŞ dollarını keçdiyini deyib.