USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar ucuzlaşır – Bu manatın məzənnəsi üçün nə vəd edir?

29.12.2020 Bank
0 0
Amerika Birləşmiş Ştatlarında 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də budur. COVID-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir. Dolların səbət valyutalara, o cümlədən əsas rəqibi olan avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Lakin, yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq dolların aparıcı valyutalara nisbətən də kəskin dəyər itirəcəyi gözlənilmir.

Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmaqda davam edir. Dollar indeksi Amerika sessiyasında 90 punktun üzərində müqavimətlə rastlaşaraq, düşməyə başlayıb. Asiya sessiyasında 90 üzərində yenidən dəstək görən indeks, dəstəyi qırmaqla düşüşün davam edəcəyi ehtimallarını da artırıb.

"İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil" – deyə, bunu iqtisaqdçı və eləcə də deputat Vüqar Bayramov deyir. O deyir ki, yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır.

İqtisadçı-deputat deyir ki, "praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır".

Azərbaycan Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir.

"Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur".