USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

190 manat birdəfəlik yardımın ödənişi bu gün yekunlaşır - Nazirlik

30.12.2020 Bank
0 0
Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik yardımın ödənişinin bu gün yekunlaşacağı gözlənilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, bu çərçivədə artıq 450 milyon manat ödənilib:

"Bu günə kimi 600 min şəxsə ödənilən 190 manat yardım tam şəffaf şəkildə həyata keçirilib. Əminliklə deyə bilərik ki, həmin şəxslər məhz vətəndaş, məmur təması olmadan, fiziki olaraq heç bir yerə getmədən bu yardımı aldı və ehtiyacı olanlar təmin edildi. Artıq altıncı ödəniş həyata keçirilir və bu gün tamamlanması gözlənilir, günün sonuna kimi bu barədə ətraflı məlumat veriləcək. Ümumilikdə 450 milyon manat vəsait məhz işini, gəlirini itirən, qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənilib".