USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirliyin maşını hərracda 1 500 manata satıldı

11.02.2021 Bank
0 0
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı fevralın 9-da təşkil olunub.

Dövlət Xidmətindən bildirilib ki, hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Keçirilən hərracın nəticələrinə əsasən, Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan 1 ədəd "Ford Mondeo", Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun balansında olan 1 ədəd "UAZ-3303-01" və Akademik Zərifə Əliyeva Adına Oftalmologiya Mərkəzinin balansında olan 1 ədəd "QAZ-31029" satılıb.

Bakı şəhəri üzrə 09 fevral 2021-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı cədvəldə qeyd edilib.

Banker