USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əməkhaqqı 10 faiz artdı

12.02.2021 Bank
0 0
Ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 535,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 531,7 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.