Amerika biznesmenləri bu bazardan çıxmaq istəmir

02.07.2018 Maliyyə
İki ölkə arasındakı münasibətlərə baxmayaraq, Amerika biznesmenləri Rusiyanı tərk etməyi düşünmür.

“Kommersant” xəbər verir ki, hökumətlər arasındakı münasibətlərin gərgin olduğu bir vaxtda belə Amerikanın böyük şirkət və bankları Rusiya bazarını tərk etmək niyyətində deyil.

Peterburqun qubernatoru Georgiy Poltavçenko bildirib ki, Rusiya fəal ticarət və iqtisadi əlaqələri dəstəkləyir. ABŞ isə xarici ticarət dövriyyəsinin təxminən 2 milyard dollarını təşkil edir. Amma son 2 ilin nəticələrinə nəzər salsaq, görərik ki, xarici ticarət dövriyyəsində azalma müşahidə olunub. Bunun da səbəbi son zamanlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və dövlətlərarası münasibətlərin kəskinləşməsidir.

Amma qeyd etmək lazımdır ki, hələ də Rusiyada böyük Amerika şirkətləri və bank strukturları fəaliyyət göstərir və onların Rusiyanı tərk etmək fikri yoxdur.