Çini ABŞ-dan kim qoruya bilər?

03.07.2018 Maliyyə
Çin və ABŞ arasındakı gərginlik hər iki ölkənin iqtisadiyyatına mənfi təsir etməkdə davam edir.

“Kommersant” xəbər verir ki, hazırda Çinin alternativ bir güc mənbəyi yoxdur. Bəs Çini ABŞ-dan kim qoruyacaq? Bu barədə Çinin iqtisadiyyat naziri Çjun Şan açıqlama verib. Hazırda ABŞ-da beynəlxalq təşkialatların bütün qaydalarını inkar edəcək qanun layihəsi hazırlanır. Bəs bu hadisələr necə nəticələnə bilər?

Dünya ölkələri ticarətdə qaydaları müxtəlif cür tətbiq etsələr də, hər zaman Ümumdünya Ticarət Təşkilatının(ÜTT) açar rolu oynadığını qəbul ediblər. 1995-ci ildə yaranmış ÜTT-nin də əsas rolu dünya ölkələri arasında razılığı təmin etmək, ölkələr arasında bərabərlik hüququnu qorumaqdır.

ABŞ-ın isə ÜTT-yə münasibəti hər zamankı kimidir: dediyi başqa, etdiyi başqa. Məsələn, iyunun sonunda Trump açıqlama vermişdi ki, heç bir halda ÜTT-dən çıxmağı düşünümür. Lakin iyul ayından etibarən qəbul olunmuş yeni qanun layihəsinə əsasən, ABŞ heç bir təşkilata tabe olmamaq hüququ əldə edib.