Rusiya Bankları yuanın arxasındadır

03.07.2018 Maliyyə
Rusiyanın Mərkəzi Bankı xarici valyutada və qızıl aktivlərində yuanın payını təxminən üç qat artıraraq Çin valyutasına külli miqdarda investisiya qoyub.

“Kommersant” xəbər verir ki, son hesabatlardakı məlumatlara görə, 2017-ci ilin son 3 ayında yuan hissələri 2,8% bahalaşıb. Lakin bu hesabatın niyə 1 il gec açıqlandığı sual altındadır. Qeyd edək ki, bu ancaq Kanada dollarından 3,1% əksikdir. Səhmlərin ayrıldığı, ABŞ dolları və avronun dəyərinin düşdüyü vaxtda qızılın nisbəti 17%-dən çox artıb.

Qeyd edək ki, ötən ilin ikinci yarısında Rusiya yuanın bankdakı ehtiyatını 12 milyon dollarlıq alqı-satqı yatırımı edərək onun dünya miqyasında inkişafına təkan verdi. Buna görə də hazırda, yuanın Rusiyada olan ehtiyatları dünyanın digər hissələri ilə müqayisədə daha sürətli böyüyür.