Hollandiya baş nazirindən Trumpa çağırış - VERGİLƏRİ DAYANDIRIN

04.07.2018 Maliyyə
Baş nazir Mark Ryutte Trumpdan avtomobillərlə bağlı vergini ləğv etməyi istəyib.

“Kommersant” xəbər verir ki, baş nazir Mark Ryutte Trumpa çağırışında Avropa Birliyinə qarşı qərəzli münasibətini bir kənara qoymağı məsləhət görüb.

O, sözlərində bu qalmaqalın ticari münasibətlərə beynəlxalq səviyyədə təsir edəcəyini və bütün dövlətlərin iqtisadiyyatının bu qərardan mütləq şəkildə təsirlənəcəyini bildirib. Baş nazir təklif edib ki, bütün rüsumlar ləğv edilsin və danışıqlar başlasın.