“Şərq İqtisadi Forumu 2018”ə qatılacaq qonaqların sayı açıqlandı

04.07.2018 Maliyyə
Artıq dürdüncü dəfə keçiriləcək “Şərq İqtisadi Forumu 2018” müxtəlif ölkələrin nümayəndəliklərinə ev sahibliyi edəcək.

“Kommersant” xəbər verir ki, Petropavlovsk-Kamçatkanın vitse-spikeri, Uzaq Şərq Federal Dairəsi prezidentinin nümayəndəsi Yuri Trutnev bu haqda jurnalistlərə açıqlamasında bildirib. O, “Uzaq Şərq Küçələri” adlı layihəylə tanış olduğunu, Uzaq Şərq Federal Dairəsinin bütün əyalətlərinin forum üçün açıq olduğunu və forum çərçivəsində şərq mətbəxi təqdim olunacağını, müxtəlif layihələr nümayiş etdiriləcəyini bildirib.

Trutnev yerli əhaliyə müraciət edərək öz əyalətlərini nümayiş etdirmək üçün yaxşı fürsət yarandığını və onu itirməməyi məsləhət görüb. O əlavə edib ki, gələcək qonaqlar arasında dövlət başçıları, böyük kommersiya təşkilatlarının rəhbərləri də var.

Dairə rəsmisi onu da bildirib ki, o, ekspozisiya layihələri ilə tanış olub və onları yüksək qiymətləndirir. Trutnevin sözlərinə görə, “biz torpaqlarımızı nə qədər sevdiyimizi hər kəsə göstərməliyik. Əgər bunu onlara lazımi səviyyədə göstərə bilsək, onlar da bizə inanar və bizimlə əməkdaşlıq etmək istəyərlər”.

  • Əvvəlki

    Hollandiya baş nazirindən Trumpa çağırış - VERGİLƏRİ DAYANDIRIN

Digər xəbərlər

VTB