USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FES protokolları nə deyir? - FAİZLƏR YÜKSƏLƏCƏK

04.07.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Mərkəzi Bankı cümə axşamı iyun ayının yekunlarına dair hesabat yayımlayacaq.

"Kommersant" xəbər verir ki, ABŞ iyun ayının yekunlarına dair hesabatda faiz dərəcələrinin bundan sonrakı səviyyəsi ilə bağlı məlumatlar verəcək. Hazırda isə protokollara dair yayılan məlumatlara əsasən, ABŞ-ın ticarət ortaqları ilə olan gərginliyinin, dolların gücünün və çıxarılacaq yeni istiqrazların gətirəcəyi risklərin müzakirəsini aparmaq olar. Məlumatlardan çıxarılan nəticəyə görə, sadalanan bu göstəricilər faiz artımlarının sürətlənməsinə yönəlmiş tədbirlər kimi qiymətləndirilir.

Protokollar tam olaraq cümə axşamı Vaşinqton saatı ilə 14:00-da ictimaiyyətə təqdim olunacaq. Medianın proqnozlarına görə faizlər 3%-dən 4%-ə yüksələcək.