AB ilə ABŞ arasındakı qarşıdurma qəbuledilməzdir - Merkeldən açıqlama

04.07.2018 Maliyyə
AB və ABŞ arasında gedən ticarət qarşıdurmasına Almaniya münasibət bildirib.

“Kommersant” xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Avropa Birliyi ilə ABŞ arasındakı ticari münaqişənin savaşa çevrilmədən dayandırılmaının zəruriliyindən, bunun üçün də hər iki tərəfin güzəşt etməsinin qaçılmazlığından danışıb.

O, ümumdünya ticarətinin taleyinin bütün dünya dövlətlərindən asılı olduğunu, hər kəsin öhdəsinə düşən güzəşti yerinə yetirməli olduğunu əlavə edib.

Merkel, G20 formatını əmələ gətirən ümumdünya iqtisadi böhranının həllinin də yalnız beynəlxalq səviyyəli sazişlər və qarşılıqlı güzəştlərlə aradan qaldırıldığını bildirib.

VTB