Qatığa 363 min dollar yatırım

04.07.2018 Maliyyə
Kinoteatrlar şəbəkəsi dondurulmuş yoğurt brendi olan “Yoort”u satın aldığını açıqlayıb.

“Kommersant” xəbər verir ki, Türkiyədə 867 sinema salonu ilə xidmət göstərən kinoteatrlar şəbəkəsi “CGV Mars Entertainment Group” 363 min 630 dollar ödəyərək dondurulmuş yoğurt brendini tərkibinə qatıb. Şirkət, verdiyi açıqlamada 3 ildə 400 min nəfərə xidmət göstərərək müştərilərinin etimadını qazandığını və bu etimadı daha da doğrultmaq üçün sağlam qidalanma məqsədi ilə yoğurt brendini də satın aldığını bildirib.