“Ford” bazardan gedir?

03.09.2018 Maliyyə
Bəzi avtomobillərin istehsalı dayanacaq.

“Kommersant.az” xəbər verir ki, məşhur avtomobil istehsalçılarından olan “Ford” Avropada yeniliklərə imza atmaq məqsədilə yenidənqurma işlərinə başlayır.

Belə ki, söylənənlərə əsasən Amerika şirkəti bu məqsədlə çox satılan “SUV” modelinə xüsusi diqqət yetirəcək, “Mondeo”, “Galaxy”, “S-Max” modellərinin isə istehsalını dayandıracaq.

Qeyd edək ki, “Ford” aprel-iyun ayları arasında 75 milyon dollara qədər zərər etmişdi. Ekspertlər “Brexit”in şirkətin zərərlərini artıracağını istisna etmədiklərini də bildiriblər. Hətta deyilənlər arasında “Ford”un dünya üzrə nümayəndəliklərini azaldacağı kimi fikirlər də var.

VTB