USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni “iPhone”ları almağa dəyərmi?

13.09.2018 İqtisadiyyat
0 0
Yüksək qiymətlərinə baxmayaraq “iPhone” yenə diqqət mərkəzindədir.

"Kommersant.az" xəbər verir ki, "Apple" dünən maraqla gözlənən yeni S seriyasının daha təkmilləşmiş variantlarını müştərilərinə təqdim etdi. Bəs yüksək qiymətləri ilə dodaq uçuqladan "iPhone"ları almağa dəyərmi?

Hər il kiçik detal və ya görünüş yenilikləri ilə telefon istehsal edən "Apple" "iPhone X"ı xatırladan yeni cihazlarını təqdim etdikdən sonra vitrinlərdən "X"-ı götürərək yalnız "iPhone 8" və "iPhone 8 Plus" modellərinin satışını həyata keçirir. Lakin qeyd edək ki, keçən seriyada "A11 Bionic" sistemi var idisə, yeni seriya "A12 Bionic" sistemlə təchiz olunub. Bu isə telefonun performansının 50% artması deməkdir.

Lakin əlinizdə "iPhone 7", "7 Plus", "8", "8 Plus" modelləri varsa, "Apple"ın sizə daha güclü "iPhone"a ehtiyacınız olması fikrini aşılamağa imkan verməyin deyərdik. Çünki mövcud telefonlarınız onsuz da hazırda bazarın ən yaxşılarıdır. Amma bununla belə ən son model "Apple" istifadəçisi olmaq istəyirsinizsə, bunun maddi baxımdan çox böyük qarşılığını ödəməlisiniz.

  • Əvvəlki

    Ərəb turistlərə olar, bizə yox - BAKI HOTELLƏRİ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0