Rusların banklardakı əmanətləri azalıb

12.10.2018 Maliyyə
Rusların banklardakı depozitlərinin məbləği sentyabrda 0,8%-dək azalıb.

"Kommersant.az" xəbər verir ki, Rusiya Bankının məlumatına görə, müvafiq məbləğ 26,9 trilyon rubl təşkil edib.

9 ay ərzində isə Rusiya əhalisinin depozitlərinin həcmi 1,7%-dək artıb. 2017-ci ilin yanvar-sentyabrında isə bu rəqəm 5,3% olub.