USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Mərkəzi Bankı yeni inflyasiya proqnozlarını açıqladı

31.10.2018 İqtisadiyyat
0 0
Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkaya 2018-ci ilin sonuna inflyasiya hesabatını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, TCMB sədrnin açıqladığı rəqəmlərə görə, Mərkəzi Bankın 2018-ci ilin sonu üçün inflyasiya proqnozu 13.4%-dən 23.5%-ə yüksəlib. 2019-un sonu üçün proqnoz isə 9.3%-dən 15.2%-ə qaldırılıb.

Ərzaq inflyasiyasına dair bank təxminini 2018-ci ilin sonu üçün 13%-dən 29.5%-ə yüksəldib.

Bankın 2018-ci ilə dair orta hesabla neftin qiyməti proqnozu 75 dollardır (əvvəlki proqnoz 73 dollar idi).