USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

62 adda dərman ödənişsiz veriləcək

14.11.2018 İqtisadiyyat
0 0
Türkiyədə dərman preparatları ilə bağlı yeni qərar qəbul edilib.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 62 adda dərmanın geri ödəmə siyahısına alındığı bildirilib. Yəni, müvafiq dərmanlar pulsuz veriləcək.

Siyahıda ürək-damar xəstəlikləri, vitamin-dəstək qrupları, KOAH, HİV, Parkinson, Alzheimer, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş dərmanların adları var.