Dünyanın ən təhlükəli smartfonları açıqlandı

05.01.2019 İKT
ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. “Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.

"Kommersant.az" xəbər verir ki, bu haqda “Life.ru” məlumat yayıb.

“Anti-reytinqdə” birinci yerdə “Google” şirkətinin istehsal etdiyi “Pixel 3 XL” smartfonu gəlir.

Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).

İkinci yerdə “Google Pixel 3” (1,34 Vt/kq), üçüncü yerdə isə “OnePlus” qaceti gəlir.

Ardıcıl olaraq siyahıda “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları öz yerlərini tutur. Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.

“Apple”, “Google” və “Samsung”un yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.

VTB