USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il “Kaspersky Lab”ın Amerikadakı satışları azalıb

19.02.2019 İqtisadiyyat
0 0
“Kaspersky Lab” şirkətinin gəliri 2018-ci ilin nəticələrinə görə 725,6 milyon ABŞ dolları təşkil edib.

"Kommersant.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu, 2017-ci ilin analoji göstəricisindən 4% çoxdur.

Şirkətin məhsullarının onlayn satışları 4%, iri biznes üçün həllərin satışları 16%, perspektiv həllər və servislər seqmentindəki satışlar isə 55% artıb.

Şimali Amerikada şirkətin satışları hesabat ilində 25%, Latın Amerikası ölkələrində - 11% azalıb.

Satışlar Yaxın Şərq Türkiyə və Afrikada (+27%), Rusiya, Mərkəzi Asiyada və MDB-də (+6%), Asiya-Sakit Okean regionunda (+6%) və Avropada (+6%) artıb.