USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya şirkətləri Azərbaycanda kriptovalyuta bazarına investisiya yatıra bilər

02.05.2019 İqtisadiyyat
0 0
"Azərbaycanda kriotovalyuta bazarı ilə bağlı iş aparacaq "Mining Center"in tikintisi üçün yaponiyalı investorlarla danışıqlar aparılır".

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, bu mərkəz Pirallahıda tikiləcək: "Pirallahı ilə bağlı çox yerli və xarici şirkətlərdən təkliflər almışıq. Onlar burada öz istehsal müəssisələrini, tədqiqat mərkəzlərini açmağı planlaşdırırlar. Hazırda biz həmin təklifləri dəyərləndiririk, qərar verdikdə onlar tikintiyə başlayacaqlar".

YTP direktoru "Mining Center"in investisiya dəyərini açıqlamayıb, bu barədə layihənin iqtisadi əsaslandırılması bitdikdən sonra məlumat verə biləcəklərini qeyd edib.

  • Əvvəlki

    Bank of Baku-nun “Azneft” filialında 09:00-dan 21:00-a tam xidmət!

Digər xəbərlər