USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Facebook “WhatsApp”da ödəniş xidməti hazırlayır

10.05.2019 İqtisadiyyat
0 0
“Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.

"WhatsApp" sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi "Facebook"un Dublindəki mənzil-qərargahında işləyəcək.

"WhatsApp" mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp"ı satın alıb.

İctnews

  • Əvvəlki

    Dünyada ən sürətli superkompüter hazırlanır

Digər xəbərlər